Kampaniya çərçivəsində həm Pulkart, həm Worldcarddan edilən pul köçürməsi zamanı komissiya tətbiqi nəzərdə tutulmur, lakin kredit kartlarında ( worldcard ) illik faiz nağd əməliyyatlarda olduğu kimi göndərilən gündən hesablanacaqdır;
Yapı Kredi Bank Mobil tətbiqi xaric digər tətbiq ( və ya bunun kimi sistemlər ) üzərindən edilən köçürmə zamanı kredit kartlarına 1.5% (min 3 AZN), debet kartlara isə 2%+1 AZN komissiya tətbiq ediləcəkdir;
Fərqli mobil tətbiqlər ( və ya bunun kimi sistemlər ) üzərindən edilən köçürmələr zamanı bankın bəyan etdiyi komissiyalardan əlavə tutulan komissiyalar üçün bank məsuliyyət daşımır;
Kampaniya olmayan dövrdə komissiyasız köçürmə sadəcə 5000 AZN-dək olan məbləğlərdə və sadəcə Pulkart kartları ( debit ) üçün keçərlidir;
Kampaniya olmayan dövrdə kredit kartından köçürmə zamanı limit və məbləğdən asılı olmayaraq komissiya və illik faiz tətbiq edilir;
Bir köçürmə zamanı göndərilə biləcək maksimal məbləğ 19,999 AZN təşkil edir;
Yapı Kredi Bank kartlarından ( na ) köçürmə əməliyyatlarının edilməsi sadəcə ölkə daxili kartlara (dan) mümkündür;