SİZİN ÜÇÜN BURADAYIQ
Giriş

İnternet Bankçılıq əməliyyatları komissiyasız olacaq!

  • Yapı Kredi Bank Azərbaycan Internet Bankçılıq xidmətindən istifadə edən müştərilərinə yeni fürsətlər təqdim edir. Belə ki, internet Bankçılıq xidmətindən istifadə edən müştərilər 7 fevral-7 mart tarixləri arasında edəcəkləri əməliyyatlara görə komissiya ödəməyəcəklər!

    Korporativ müştərilər tərəfindən edilmiş əməliyyatlar kampaniyaya şamil edilmir.

    Nağd Avans əməliyyatları üzrə tətbiq olunan komissiyalar kampaniya bitdikdən sonra 7 iş günü ərzində ləğv ediləckdir.

    Aşağıda sadalanan əməliyyatları İnternet Bankçılıq kanalından etdikdə müştərilərdən komissiya tutulmayacaq:

    Ölkədaxili Pul Köçürmələri

    Nağd Avans

    Vergi Ödənişləri

     

    Qeyd edək ki, IOS, Android və Windows əməliyyat sistemli telefon istifadiçələri Yapı Kredi Mobil Bankçılıq proqramının zəngin xidmət məzmunundan istədikləri yer və zamanda faydalana bilərlər.

    Yapı Kredi Mobil Bankçılıq proqramını yüklədikdən sonra giriş üçün İnternet Bankçılıq müştəri nömrəsi və şifrəniz ilə Mobil Bank əməliyyatlarınızı reallaşdıra bilərsiniz.

    Kampaniya ilə bağlı ətraflı əlumatı *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

SİZİN ÜÇÜN BURADAYIQ